Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:03

"Rusiyadakı azərbaycanlılara tapşırıq verilib"


Russia -- Moscow riot police detains hundreds to prevent ethnic brawls, Moscow, 15Dec2010
Russia -- Moscow riot police detains hundreds to prevent ethnic brawls, Moscow, 15Dec2010
Dekabrın 15-də Moskvada saxlananlar arasında azərbaycanlı yoxdur.

Bunu Xaricdə Yaşayan Azərbaycanlılarla İş şöbə rəisi Şakir Səlimov AzadlıqRadiosuna deyib:

«Xəsarət alanların da arasında yoxdur, deyirlər bir nəfər var, amma bizim Rusiyadakı səfirliyimiz, həm də Azərbaycan Konqresi tərəfindən bütün xəstəxanalara zəng vurulub, araşdırılıb, bizim soydaşımız yoxdur».

Şakir Səlimovun sözlərinə görə, hadisə millətçilər tərəfindən törədilib və bu hadisənin azərbaycanlılara heç bir aidiyyatı yoxdur. Rusiyada yaşayan azərbaycanlılara küçələrdə az görünmək tapşırığı verilib:

«Həm səfirliyimiz, həm də diaspora tərəfindən onlara deyilib ki, imkan daxilində bu günlərdə lazım olmadan küçəyə çıxmasınlar».

Dekabrın 15-də Moskvada qarışıqlıq törətməyə cəhd edən 1300-dən çox adam saxlanıb. Bu barədə Rusiya informasiya agentlikləri hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Milislər qafqazlılarla radikal millətçi qruplar arasında kütləvi toqquşmaya imkan verməməyə çalışıb. Əsas gərginlik Kiyev vağzalı tərəfində yaşanıb, orda təxminən 7 min adam toplaşıb.

Bildirilir ki, saxlananlardan 16 travmatik pistolet, 200-dən çox bıçaq, beysbol çubuğu və digər soyuq silah növü müsadirə olunub.

Dekabrın 6-da «Spartak» futbol klubunun fanatı Yeqor Sviridov öldürüldükdən sonra Moskvada qafqazlılara münasibət pisləşib.
XS
SM
MD
LG