Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:58

Londonda WikiLeaks saytının təsisçisi barədə qərar açıqlanacaq


Dekabrın 16-da Britaniya məhkəməsi qərar verəcək ki, WikiLeaks saytının təsisçisi Cullian Assange-ı təzminatla azad etsin ya yox.

İki gün əvvəl hakim 200 min funt müqavilində onun təzminat şərtlərinə əməl olunmaqla azad edilməsi barədə qərar çıxarıb. Ancaq İsveç prokurorları bu hökmdən dərhal sonra şikayət verdiklərindən Assangee yenə həbsdə qalıb. 39 yaşlı Assange-ı İsveçdə zorlamada ittiham edirlər. İsveç Britaniyadan onun geri verilməsini tələb edir.

WikiLeaks saytının yaradıcısı isə bu ittihamın saxta olduğunu, siyasi əsaslı olduğunu deyir.

WikiLeaks saytı bir müddətdir ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən göndərdikləri gizli məktublar olduğunu iddia etdiyi sənədləri yayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG