Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:53

Aşura günündə polis gücləndirilmiş iş rejimində işləyir


Dekabrın 16-sı Aşura günü qeyd olunur. Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır.

1368 il əvvəl Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə öldürülüb.

Aşura günü ilə əlaqədar bu gün Bakıda polis gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev bildirib ki, Bakıda müəyyən edilmiş yerlərdən kənarda Aşura mərasimlərinin keçirilməsinə yol verilməyəcək.

O, mərasimlərin keçiriləcəyi yerlərin dəqiqləşdirildiyini, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həmin ərazilərdə əlavə polis naryadlarının təyin olunacağını bildirib.

Dövlət Yol Polisi də bu gün gücləndirilmiş iş rejimində çalışacaq, paytaxtda nəqliyyatın hərəkətini tənzimlənəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG