Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:29

Moskvada 1300-dən çox adam saxlanıb


Dekabrın 15-də Moskvada qarışıqlıq törətməyə cəhd edən 1300-dən çox adam saxlanıb. Bu barədə Rusiya informasiya agentlikləri hüquq-mühafizə orqanlarına istinadla məlumat verir.

Milislər qafqazlılarla radikal millətçi qruplar arasında kütləvi toqquşmaya imkan verməməyə çalışıb. Əsas gərginlik Kiyev vağzalı tərəfində yaşanıb, orda təxminən 7 min adam toplaşıb.

Bildirilir ki, saxlananlardan 16 travmatik pistolet, 200-dən çox bıçaq, beysbol çubuğu və digər soyuq silah növü müsadirə olunub.

Dekabrın 6-da «Spartak» futbol klubunun fanatı Yeqor Sviridov öldürüldükdən sonra qafqazlılara münasibət pisləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG