Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:08

Wikileaks: İlham Əliyev BP-ni oğurluqda ittiham edib


Wikileaks saytı Azərbaycanla bağlı yeni teleqram yayıb.

2006-cı il dekabrın 5-də ABŞ-ın o zamankı səfiri Enn Derse tərəfindən göndərilmiş teleqramda iddia olunur ki, Azərbaycan qışda qaz qıt olan vaxt BP-nin onu «yumşaq şəkildə şantaj» etdiyini deyib.

Wikileaks saytı həmçinin qeyd edir ki, 2008-ci ilin sentyabrında BP şirkətinin qaz platformasında güclü partlayış olub. Nəticədə 2 yataq bağlanıb və azı 500 min barrel qaz hasilatı aylarla dayanıb.

Başqa bir məlumatda isə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev BP-ni neft oğurluğunuda və qaz ehtiyatlarını inkişaf etdirmək üçün müqaviləni bağlamaq üçün «yumşaq şəkildə şantaj»dan istifadə etməkdə ittiham edib.
XS
SM
MD
LG