Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:12
Kultaz.Com saytı III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi çərçivəsində ədəbi ictimaiyyət arasında geniş sorğunu davam etdirir.

Sorğuda yazarlar, tənqidçilər, filoloqlar iştirak edə bilər. Bu məqsədlə hazırlanmış xüsusi sorğu anketi 200-dən çox ədəbiyyat adamının elektron ünvanına göndərilib.

Hər hansı texniki səbəbdən emailinə bizdən sorğu anketi daxil olmayan yazarlar, filoloqlar, tənqidçilər də xəbərin ardında şərh yerində NÜMUNƏ kimi yerləşdirdiyimiz anketdəki sualları cavablandıraraq, ya saytın emailinə göndərə, ya da şərh kimi saytda yerləşdirə bilərlər.

Sorğunun məqsədi III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin 3 nominasiyası (son 10 ilin bədii əsəri, ilin romanı, ilin şeir kitabı) üzrə alternativ qalibləri seçməkdir.

Bəlli olduğu kimi, müsabiqənin qaydalarına uyğun olaraq, bu nominasiyalar üzrə qalibləri 9 nəfərdən ibarət Ekspertlər Şurası seçəcək.

Bununla belə, ədəbi ictimaiyyət arasında keçirilən sorğunun nəticələri də müsabiqənin sonunda rəsmən elan olunacaq.

Bir daha vurğulayırıq ki, sorğuda Azərbaycan vətəndaşı olan yazarlar, tənqidçilər, filoloqlar iştirak edə bilər.

Sorğuda iştirak edəcək hər kəsə öncədən təşəkkür edirik.

Bu günə olan nəticələrə görə, hər 3 nominasiyada öndə olan 5 kitabın adını təqdim edirik:

1. Son 10 ilin ən uğurlu bədii əsəri

- “Yarımçıq əlyazma” (Kamal Abdulla)
- “Ətirşah masan” (Əkrəm Əylisli)
- “Nekroloq” (Həmid Herisçi)
- “İlyas Köçmənin şəkilli dəftəri” (Səlim Babullaoğlu)
- “Dolu” (Aqil Abbas)

2. İlin romanı

- “Aç, mənəm” (Nərmin Kamal)
- “Göləqarğısancanlar” (Aqşin Yenisey)
- “Yad dildə” (Pərviz)
- “Bakı tarixindən kollaj” (İlqar Fəhmi)
- “Çöl” (Kəramət Böyükçöl)

3. İlin şeir kitabı

- “5XL” (Günel Mövlud)
- “Vitrin” (II Qismət)
- “Polkovnikə heç kim yazmır” (Səlim Babullaoğlu)
- “Üfürülmüş çırağın ruhu” (Zahid Sarıtorpaq)
- “Bu şeir deyil” (Cavidan)
www.kultaz.com

Günün bütün mövzuları

XS
SM
MD
LG