Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:27
Azərbaycanda daha bir ədəbiyyat portalı fəaliyyətə başladı.

www.enyeniedebiyat.com adlanan portalın yaradıcıları qarşılarına bütün nəsillərdən və ədəbi qruplardan olan yazarları öz ətraflarına toplamaq məqsədi qoyublar.

Saytda Rafiq Tağının müsahibəsi, Namiq Şamanın "Göydələnlərdən tüpürdüm dünyaya" hekayəsi, Araz Gündüzün son yazıları və başqa materiallar yer alıb.

Portalın yaradıcıları bildirirlər ki, "Gənclər arasında ədəbi yaradıcılığa marağın artmaqda olduğu, yaradıcılıq mübahisələrinin genişləndiyi indiki zamanda yazıçıların özünüifadə imkanlarının yaradılması məqsədilə Azərbaycanın Yaradıcı Ziyalıları İctimai Birliyi belə bir layihəni gerçəkləşdirmək qərarına gəlib".

Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilməkdədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG