Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:51

Ombudsman Azərbaycan və Naxçivan Daxili İşlər nazirlərinə müraciət edib


Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: “Bakı şəhər sakini Səxavət Əliyev insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya ərizə ilə müraciət edərək polis orqanları tərəfindən yaxın qohumlarının zorakılığa məruz qaldığını, qardaşı Sabit Əliyevin Şərur Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən heç bir səbəb və məhkəmə qərarı olmadan 14 noyabr 2010-cu il tarixdə tutularaq 7 gün saxlandığını bildirib.

Ərizədə həmçinin 10 dekabr 2010-cu ildə Şərur RPŞ-nin əməkdaşları tərəfindən onun yaxın qohumlarının döyüldüyünü, həmçinin onlara məxsus mağazanın və evin bir hissəsinin traktorla uçurulduğu qeyd olunub. S.Əliyevin müraciətində 10 dekabr 2010-cu ildə xəsarət almış qohumlarının lazımi tibbi yardım almaları ilə bağlı kənddən kənara çıxmalarına polis əməkdaşlarının imkan vermədiyi bildirilib. Ərizəçi ombudsmandan qeyd edilən halların araşdırılmasında və təqsirkar şəxslərin cəzalandırılmasında müvafiq kömək göstərilməsini xahiş edib.

Ombudsman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə məktubla müraciət edərək şikayət ərizəsində əks etdirilmiş halların araşdırılması, göstərilən hallar təsdiq edilərsə, təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görülməsi, xəsarət almış şəxslərə təcili tibb yardımı göstərilməsi üçün yardımçı olmağı və görülmüş tədbirlər barədə məlumat verməyi xahiş edib”.

/Media forum/
XS
SM
MD
LG