Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:56

Xodorkovskiyə hökm oxunması təxirə salınıb


YUKOSUN keçmiş rəhbəri Mixail Xodorkovskinin ikinci işi ilə bağlı məhkəmə hökmünün dekabrın 27-nə keçirilməsinə baxmayaraq, Mixail Zodorkovski və Platon Lebedevə dəstək olaraq bu gün məhkəmənin binasına yüzlərlə adam yığışıb.

AzadlıqRadiosunun məlumatına görə onların arasında Avropa Parlamentinin nümayəndələri, yerli siyasətçilər,ictimai xadimlər və jurnalistlər də olub.

Vəkillər hökmün dekabrın 15-dən 27-nə keçirilməsi barədə rəsmi sənəd alıblar.

Amma hələlik bunun səbəbi dəqiq bəlli deyil.

Maliyyə fırıldağına görə 8 il həbs cəzası almış Xodorkovski ilə Lebedev indi də neft oğurlamaq və qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham olunurlar.
XS
SM
MD
LG