Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:43

Kubalı dissidentin Saxarov mükafatını almasına icazə verilməyib


Kubanın hakim dairələri Saxarov mükafatını almaq üçün dissident Qillermo Farinasın Strasburqa getməsinə icazə verməyib.

Farinas ilin əvvəllərində həbsxanada şəraitin pisliyinə etiraz olaraq uzun müddət aclıq aksiyası keçirib.

Müşahidəçilər hesab edir ki, məhz bu aksiya Kubanın hakim dairələrini onlarla siyasi məhbusu azad etməyə məcbur elədi.

Qeyd edək ki, Kuba hakimiyyəti bundan sonra Katolik kilsəsinin vasitəçiliyi ilə 52 siyasi məhbusu azad edib.
XS
SM
MD
LG