Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:36

“Azəriqaz” bayram günləri gücləndirilmiş iş rejimində işləyəcək


“Azəriqaz” İstehsalat Birliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 20-dən 2011-ci il yanvarın 5-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Növbətçilik əsasında 24 saat iş rejiminə keçilməklə bərabər 104 və 185 nömrəli telefonlar da abonentlərin istifadəsində olacaq.

“Azəriqaz” hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG