Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:50

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi məlum olub


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibi məlum olub. 12 nəfərlik heyət əsas və ehtiyat üzvlərdən ibarətdir.

Altı nəfərlik əsas heyətə Səməd Seyidov, Əli Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Rafael Hüseynov və Rövşən Rzayev daxildir. Ehtiyat heyətdə isə Fəzail İbrahimli, Elxan Süleymanov, Aydın Abbasov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Fazil Mustafa yer alıb.

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov nümayəndə heyətinin üzvləri ilə görüş keçirəcək.

Azərbaycan parlamentini beynəlxalq qurumlarda təmsil edən nümayəndə heyətləri Milli Məclis sədri tərəfindən müəyyənləşdirilir.

AŞPA-nın qış sessiyasının iclası yanvarın 24-28-də Strasburqda keçiriləcək. Sessiyanın gündəliyinə Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı məsələ də daxil edilib./APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG