Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:09

Dini icmalar Aşura günündə aksiya keçirməməyə çağırır


Bir sıra dini icma rəhbərləri hicaba qadağa ilə bağlı Aşura günündə aksiyaların keçirilməməsi üçün dindarlara müraciət ünvanlayıb. İcma rəhbərləri inanclı kəsimin son günlər ölkədə hicaba qadağa kimi anlaşılmaz olayla üz-üzə qalması, hansısa islamafobik qüvvələrin dindarların hissiyatına toxunması kimi hadisəni yaşadıqlarını bildirirlər.

Müəlliflər məktəblərdə hicabla bağlı qadağanı aşura günlərində dindarları təxribata çəkmək kimi dəyərləndirirlər. Bunları nəzərə alan icma rəhbərləri təxribata yol verməmək üçün dindarlara etiraz aksiyaları keçirməməyi, etiraz aksiyalarında iştirak etməməyi tövsiyə edirlər.

İcma başçıları bununla yanaşı dindarlara hicabı müdafiə ilə bağlı tədbirlərin daha sistemli, daha köklü şəkildə davam etdiriləcəyi vədi də verirlər. Eyni zamanda Qafqaz Müəslmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə bu sahədə vəziyyətin ciddiliyini əlindəki bütün imkanlarla dövlət rəhbərliyinə çatdırması üçün müraciət olunacağı bildirilir.

Müraciəti icma başçıları İlqar İbrahimoğlu, Şahin Həsənli, Əhliman Rüstəmov, Yusif Bağırov, Zülfüqar Mikayılzadə, Abgül Süleymanov, İqbal Novruzov, Ceyhun Cəfərov, Elşən Mustafaoğlu, MirMehdi Hüseyni, Bəxtiyar Hüseynov imzalayıb.

XS
SM
MD
LG