Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:38

Masallıda bir qrup dindar etiraz aksiyası keçirib


Bu gün Masallıda təxminən 100 nəfər dindar əllərində dini bayraqlar “Ya, Hüseyn” şüarları səsləndirərək orta məktəblərdə hicaba qadağa qoyulmasına etiraz olaraq aksiya keçirib.

“Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənovun hadisə yerindən verdiyi məlumata görə, polis onların qarşısını kəssə də onlar Heydər Əliyev prospekti ilə Masallı rayon Təhsil Şöbəsinə tərəf irəliləyiblər. Burada polis onlara daha ciddi müqavimət göstərib. Zahir Əmənova da fiziki təzyiq göstərilib, fotoaparatını alıblar.

Polis dəstəni yoldan çıxardandan sonra onlar səki ilə irəliləyiblər. Polislər piketçilərin üstünə maşın sürüb. 2-3 nəfər yüngül yaralanıb, 4-5 nəfər isə döyülüb.

Hazırda onlar məscidə doğru irəliləyirlər.
XS
SM
MD
LG