Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:00

Romadakı toqquşmalarda 100-ə yaxın adam xəsarət alıb


Romada polislə nümayişçilər arasında baş vermiş toqquşmada 100-ə yaxın adam xəsarət alıb. Onların arasında polislər də, nümayişçilər də var.

Nümayişçilər mağaza şüşələrini sındırıb, bir neçə maşını yandırıblar. 40 nəfər nümayişçi saxlanılıb.

Etirazlar baş nazir Silvio Berluskoni hökumətinin parlamentdə dəstək qazanmasından sonra başlayıb.

Dekabrın 14-də parlament palatalarında hökumətə etimad məsələsi səsə qoyulub. Deputatlar Palatasında 314 nəfər hökumətin lehinə, 311 nəfər əleyhinə səs verib. Senatda isə hökuməti 146 əleyhdara qarşı 162 nəfər dəstəkləyib.

Berluskoni hökumətinə etimad göstərilməməsini müxalifət partiyaları tələb edirdi. Onlar baş nazir Berluskonini ölkəni böhrandan çıxara bilməməkdə, korrupsiyada günahlandırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG