Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 11:57
Orqan transplantasiyası ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun bir müddət əvvəl açdığı cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bunu dekabrın 15-də jurnalistlərə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev deyib. Cinayət işi vəzifə cinayətləri ilə bağlıdır. Hələlik heç kim həbs olunmayıb.

Cavad Şıxəliyev istintaq sirri olduğu üçün ətraflı məlumat verə bilməyəcəyini deyir. Bircə onu qeyd edib ki, cinayət işini Azərbaycan Ukrayna ilə birlikdə deyil, özü araşdırır.

Bir müddət əvvəl Respublika Prokurorluğu bəyan edib ki, Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində insan orqanlarının qanunsuz transplantasiyası həyata keçirilib. Faktla bağlı CM-nin 308.2 –ci - vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olması – maddəsilə cinayət işi başlanıb.

Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti 2010-cu ildə dayandırılıb. Təhsil Nazirliyi universitetin lisenziyasının ləğvini qanunsuz tələbə qəbulu ilə izah edib.

Universitetdən məsələyə dair bu günəcən hər hansı açıqlama verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG