Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:20

Pakistanda dini partiya hökumət koalisiyasından çıxdı


Pakistanın ən nüfuzlu dini partiyası dekabrın 14-də hökumət kolaisiyasından çıxdığını bəyan edib. Jamiat Ulema-e-Islam Fazl partiyasının lideri Dini İşlər üzrə nazir Hamid Səid Kazıminin istefaya göndərilməsinə etiraz olaraq bu addımı atdığını bildirib.

Baş nazir Yusuf Raza Gilani Elm və Texnologiya naziri ilə Dini İşlər nazirini bir-birini korrupsiyada ittiham edən ictimai çıxışlarına görə istefaya göndərdiyini bəyan edib.

Bu dini partiyanın 342 nəfədən ibarət olan milli assambleyada yeddi, Senatda 22 təmsilçisi var. Partiyanın hökumətdə də çü naziri var. Partiya o biri iki namizədinin də istefa verəcəyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG