Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:40

WikiLeaks-in təsisçisi təzminatla azad edildi


Britaniya məhkəməsi WikiLeaks saytının təsisçisi Julian Assange-ı təzminatla azadlığa buraxıb. Onun vəkili, tanınmış insan haqları fəalı Geoffrey Robertson məhkəmədə bildirib ki, dünyaca məşhur olan bir neçə adam Assange-ın zaminə buraxılması üçün 2000 min funt (təxminən 315 min dollar) pul ödəməyə razıdırlar.

Hakim təzminat şərtlərinə əməl olunmaqla azad edilməsi barədə qərar çıxarıb. Əslən Avstraliyadan olan 39 yaşlı Julian Assange-ı İsveçdə zorlamada ittiham edirlər. İsveç Britaniyadan onun geri verilməsini tələb edir.

İsveç rəsmiləri Britaniya məhkəməsinin bugünkü qərarından şikayət verəcəklərini bildiriblər.

WikiLeaks saytı ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən göndərdikləri gizli məktublar olduğunu iddia etdiyi sənədləri yayır. Həmin sənədlərdə diplomatların işlədikləri ölkələrin rəhbərləri haqqında tənqidləri, bəzən ittihamları da əskini tapır. Vaşinqton bu sənədlərin yayılmasının qanunsuz olduğunu bildirib.

Julian Assange da ona qarşı zorlama ittihamının əsassız olduğunu, həmin sənədləri yaydığı üçün belə təzyiqlərlə üzləşdiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG