Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:53
Beynəlxalq şəffaflıq təşkilatı “Transparency International” FIFA-nı kəskin tənqid edib. Buna səbəb futbol üzrə 2018-ci il Dünya Çempionatının (DÇ) Rusiyada keçirilməsi qərarıdır.

“Transparency International”ın təmsilçisi Sylvia Schenk deyib ki, Rusiya Avropanın ən çox korrupsiyalaşmış ölkəsidir.

Onun sözlərinə görə, Rusiya korrupsiya indeksinə görə dünyada 178 ölkə arasında 154-cü yeri tutur.

FIFA-nın İcraiyyə Komitəsinin əksər üzvləri 2018-ci il Dünya Çempionatının Rusiyada keçirilməsinə səs veriblər.

DÇ-2018-ə həmçinin Belçika-Hollandiya, İspaniya-Portuqaliya cütlükləri və İngiltərə də iddia edirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG