Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:45

Ximiki meşəsindən yol çəkiləsi oldu


Ekoloqların etiraz aksiyasına baxmayaraq, Rusiya hökuməti Ximiki meşəsindən keçəcək Moskva ilə Sankt-Peterburq arasında magistral yolun tikintisinə qərar verib. Baş nazirin müavini Sergey İvanov dekabrın 14-də məlumat verib ki, hökumət komissiyası bütün faktorları nəzərə alandan sonra yolun tikintisinə qərar verib.

Kütləvi etiraz aksiyalarından sonra prezident Dmitri Medvedev bu ilin əvvəlində həmin yolun tikitnisinin dayandırlması barədə qərar vermişdi.

Medvedevin sözçüsü Natalya Timakova bildirir ki, bütün alternativlər nəzərdən keçiriləndən sonra hökumət öz qərarını prezidentə təqdim edib və bu qərar icra olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG