Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:17

Moskva polisi yeni toqquşmalara hazırlaşır


Moskvada ultramillətçi qrupların öz tərəfdarlarını silahlanmağa çağırmasından sonra paytaxt polisi yüksək hazırlıq vəziyyətinə gətirilib.

Qanunsuz Köçə Qarşı Mübarizə Hərəkatı adlanan təşkilat Moskvada qadın və uşaqları evdən çıxmamağa, bütün rus kişiləri isə silahlanmağa çağırıb.

İnternetdə müxtəlif mənbələrdən məlumatlar yayılıb ki, dekabrın 15-də axşam saatlarında Moskvada Kiyevski dəmiryolu stansiyası ətrafında ultramillətçilərlə əsasən Qafqazdan olan silahlı müsəlman gənclər arasında atışma olacaq.

Bu yaxınlarda Spartak Moskva futbol komandasının tərəfdarı olan bir gənci Rusiyanın cənub əyalətlərindən olan bir qrup gəncin öldürməsindən sonra paytaxtda etnik zəmində gərginlik qızışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG