Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:09

Berliskoni etimad səsverməsinin birinci turunu uddu


İtaliyanın Baş naziri Silvo Berliskoni parlamentin yuxarı palatasında ona etimadsızlıqla bağlı səsvermənin birinci turunu uddu. Dekabrın 14-də axşam saatlarında aşağı palatada da eyni məsələ səsverməyə çıxarılacaq. Əgər burada nəticələr onun əleyhinə olsa, Berliskoni istefaya göndərilə bilər.

Aşağı palatada səsvermə Baş nazir üçün riskli ola bilər. Çünki burada Berliskoni tərəfdarları çoxluqda deyillər.

Son vaxtlar korrupsiya və qadın düşkünlüyündə ittiham olunan Berliskoni dekabrın 13-də bildirib ki, ölkə iqtisadi böhran məngənəsində olarkən onun istefaya göndərilməsi “siyasi abdallıq” olardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG