Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:34

Mehriban Əliyeva Pierre Cardinin studiyasında və teatrında olub


Mehriban Əliyeva Fransada
Mehriban Əliyeva Fransada
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məşhur modelyer Pierre Cardinin studiyasında və teatrında olub.

AzərTAc-ın məlumatına görə, YUNESKO-nun 65 illiyi ilə bağlı keçirilən yubiley tədbirlərində iştirak etmək üçün Parisə səfərə gəlmiş Mehriban Əliyeva tanınmış moda ustası Pyer Kardenin dəvəti ilə dekabrın 13-də onun studiyasında və daha sonra isə teatrında olub.

Studiyada nümayiş olunan geyimlər və aksessuarlar barədə danışan Pierre Cardin ötən əsrin 60-cı illərindən sonra dünyada geniş yayılan “Pyer Karden” dəb geyim nümunələri haqqında Mehriban xanıma ətraflı məlumat verib.

1960-cı illərdən etibarən Pierre Cardinin adı dünyanın 5 ən məşhur fransızı siyahısına daxil edilib. Onun adını daşıyan ticarət markası ilə 140 ölkədə məhsul istehsal edən və xidmət göstərən şirkətlərdə 200 min nəfərədək insan çalışır.

Pierre Cardin 500-dən çox ideyanın müəllifidir. Onun yenilikləri yalnız moda aləmini əhatə etmir. Modelyerin nəqliyyat, memarlıq və reklam sahəsində də xidmətləri var. Moda ilə yanaşı Pierre Cardinin ticarət markası ilə restoran və teatr fəaliyyət göstərir, ətriyyat, müxtəlif aksessuar və saat istehsal olunur.

Studiyada nümayiş etdirilən geyim nümunələrinə baxan Mehriban Əliyeva buradan xoş təəssüratla ayrılıb
Pierre Cardin daim yenilik etməyi sevir. Pierre Cardin kişilərin geyim üslubunda bənzərsiz yeniliklər edən ilk modelyerlərdəndir. Onun kişilər üçün hazırladığı geyimlər hər zaman eleqantlığı ilə fərqlənir.

Studiyada nümayiş etdirilən geyim nümunələrinə baxan Mehriban Əliyeva buradan xoş təəssüratla ayrılıb.

Həmin gün Mehriban Əliyeva Pierre Cardin teatrında da olub. O, Mehriban Əliyevaya teatr barədə ətraflı məlumat verib və teatr truppasının uzun müddətdir ki, burada çalışdığını, yaradıcılığında müxtəlif janrlara üstünlük verdiyini bildirib.

Azərbaycanın birinci xanımı truppanın hazırladığı baletə tamaşa edib.

Mehriban Əliyevanın Parisə səfəri davam edir.
XS
SM
MD
LG