Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:01

Azərbaycan yiğmasının mətbuat üçün açıq məşqi olacaq


Dekabrın 15-də, saat 09:40-da, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda futbol üzrə Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi olacaq.

Həmin gün saat 12:00-da isə «Aeroport» oteldə millinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək.

Bu gün saat 18:00-a qədər qeydiyyatdan keçən jurnalistlər, dekabrın 15-də, saat 09:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək avtomobillə əvvəlcə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuna, sonra isə «Aeroport» otelə gedə bilərlər.
XS
SM
MD
LG