Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:50

Mingəçevirdə insan alveri ilə mübarizə mövzusunda seminar keçirilir


Dekabrın 14-də Mingəçevirdə vəzifəli şəxslər üçün insan alveri ilə mübarizə mövzusunda seminar keçirilir. Seminar ATƏT-in Bakı Ofisi, Beynəlxalq Miqrasiya Təşkilatı və Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

İki gün davam edəcək seminarda hüquq-mühafizə orqanlarının regional rəhbərlərinin insan alverçilərinin məhkəmə təqibində, insan alveri qurbanlarının aşkara çıxarılması və müdafiəsində, vətəndaş cəmiyyəti ilə əməkdaşlığında rolu müzakirə olunacaq.

Seminarda Mingəçevir və yaxın regionların hüquq-mühafizə orqanlarının, məhkəmə orqanlarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG