Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:32

«Gənclər üçün kino məktəbi yaradılsın»


Gerard Depardieu
Gerard Depardieu
«Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüm. Görüşdə Azərbaycan kinosunun hazırkı vəziyyətini müzakirə etdik».

Bu sözləri məşhur fransız aktyoru Gerard Depardieu (Jerar Depardye) Azərbaycan Opera və Balet Teatrında keçirilən Rostropoviç adına IV Beynəlxalq Festivalda çıxışında deyib.

«Müzakirələr zamanı qərara aldıq ki, Azərbaycanda birgə kinostudiya yaradılsın. Eyni zamanda gənclər üçün kino məktəbinin yaradılmasını təklif etdim. Prezident təklifimi müsbət qarşıladı».

Aktyor IV Beynəlxalq Rastropoviç Festivalı çərçivəsində dekabrın 12-də şəxsi təyyarəsi ilə Azərbaycana dördgünlük səfərə gəlib. O, bu gün Azərbaycan Dövlət Opera və Balet Teatrında çıxış edəcək. Aktyor festivalın açılışında nümayiş ediləcək «Karmen» operası öncəsi novellanın seçilmiş hissələrindən monoloq ifa edəcək.
XS
SM
MD
LG