Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:27

İtaliyanın baş naziri istefaya göndərilə bilər


İtaliyanın baş naziri Silvio Berluskoni istefaya göndərilə bilər əgər o, dekabrın 14-də parlamentdə keçirilən etimad səsverməsində məğlub olarsa.

Bir müddət əvvəl baş naziri dəstəkləyən bir sıra tərəfdarı müxalifətə keçib, bununla da aşağı palatada Berluskonini dəstəkləyənlərlə rəqiblərin sayı təxminən bərabərləşib. Deputatlar baş nazirlər parlamentin spikeri Gianfranco Fini arasında bölünüblər.

Dünən parlamentdə çıxış edən Berluskoni etimad səsverməsini qazanacağına əmin olduğunu deyib. Ancaq hökumətə etimadsızlıq elan olunacağı təqdirdə baş nazir erkən seçkilərin keçirilməsinin tərəfdarı olduğunu deyib.

Bu gün aşağı palata ilə yanaşı, Senatda da səsvermə keçiriləcək. Gözlənilir ki, senatda Berluskoni qələbə qazanacaq.
XS
SM
MD
LG