Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:14
Azərbaycanda dövlət qeydiyyatından keçmiş 2467 qeyri-hökumət təşkilatından yalnız 1114-ü Maliyyə Nazirliyinə hesabat təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Elxan Cəfərov məlumat verib. O bildirib ki, hesabat təqdim edən QHT-lərdən yalnız 831-i bunu vaxtında edib: “Digərləri isə bunu vaxtından gec edib”.

E. Cəfərov 1353 QHT-nin isə Maliyyə Nazirliyinə hesabat təqdim etmədiyini bildirib. Onun sözlərinə görə, nazirlik hesabat təqdim etməyən QHT-lərə məktublar göndərib. Məktublardan bir qismi ünvanına çatıb, bir hissəsi isə ünvanına çatmayaraq geri qaytarılıb:

“169 QHT-nin ünvanı məlum olmadığından məktub göndərmək mümkün olmayıb”.

E. Cəfərov Maliyyə Nazirliyi tərəfindən 8 QHT-yə maliyyə sanksiyası tətbiq olunduğunu bildirib:

“Ancaq gələn il sanksiya hesabat təqdim etməyən bütün QHT-ləri əhatə edəcək”.

Şöbə müdiri sanksiya tətbiq olunmuş QHT-lərin adını açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG