Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:30

Berliskoni hakimiyyətdən uzaqlaşdırılmasını “siyasi abdallıq” sayır


İtaliyanın baş naziri Silvo Berliskoni hesab edir ki, ölkə indiki iqtisadi böhranın ortasında ikən onun hakimiyyətdən kənarlaşdırlması “siyasi abdallıq” olardı. Bu barədə baş nazir dekabrın 13-də parlamentə müraciətində deyib.

Dekabrın 14-də İtaliya parlamentində baş nazirə etiomadsızlıq göstərilməsi barədə məsələ müzakirə edilməlidir.

Bugünlər sağ-mərkəzçi hakim koalisyada əsas müttəfiqini itirən Berliskoni parlamentin hər iki palatasında ciddi məğlubiyyətə uğrayıb. Buna görə ya, Berliskoni istefa verməli, prezident yeni hökuməti formalaşdırmağı başqa adama tapşırmalıdır, ya da ölkədə yeni seçkilər keçirilməlidir.

Ölkədəki bu cür siyasi qeyri-müəyyənlik bazarlarda da həssaslıqla izlənir. İtaliya avro pul vahidini işlədən 16 Avropa Birliyi ölkəsi arasında ən çox borclu ölkələrdəndir.

Günün bütün mövzuları

XS
SM
MD
LG