Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:49

80 məşhur avropalı Səkinə Aştiyani üçün Tehrana müraciət etdi


80-dən çox məşhur aktyor, alim, siyasətçi İran hakimiyyətinə məktub göndərərək edam hökmünə məhkum edilmiş Səkinə Aştiyanini azad etməyə çağırıblar.

Dekabrın 13-də Britaniyanın "The Times" qəzetinin birinci səhifəsində çap olunan və İranın ali dini lideri Ayətulla Əli Xameneyi və prezident Mahmud Əhmədinejada ünvanlanan məktubda qeyd edilir ki, “onsuz da Səkinə kifayət qədər əzablar çəkib.” Ona görə Səkinə Aştiyani, onun oğlu və vəkilini dərhal azadlığa buraxılsın.

Səkinə Aştiyani ərinə xəyanət və onun qətlində iştirak ittihamı ilə bir neçə il əvvəl daşqalaqla ölümə məhkum edilib. Amma uşaqları və vəkilləri onun günahsız olduğunu deyərək dünyaya yardım üçün müraciət edəndən sonra Tehran daşqalağı edam hökmü ilə əvəz edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG