Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:33

WikiLeaks Özbəkistanda korrupsiya barədə gizli məktubları yayıb


WikiLeaks saytı Özbəkistanda korrupsiyadan bəhs edən sənədlər yayıb. Həmin sənədlərdə hökumət rəsmilərinin təşkilatlı cinayətkarlıqla əlaqələrindən bəhs edilir. Sənədlərə görə Özbəkistanda faktiki olaraq bütün dövlət və özəl iş yerləri satın alınır.
Sənədlərə görə prezident İslam Kərimovun qızı Gülnarə Kərimov və onun yaxınları Özbəkistanda bütün gəlirli biznesdə paya sahibdir.

WikiLeaks saytı dünyanın müxtəlif ölkələrindəki ABŞ diplomatlarının ölkələrinə göndərdikləri gizli məktublar olduğunu iddia etdiyi sənədləri yayır. Bir neçə həftədir ki, bu məktublar beynəlxalq qalmqalqa səbəb olub. ABŞ bu sənədlərin yayılmasının qanunsuz olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG