Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

Moskvada azərbaycanlılara və qırğızlara hücum olub


Rusiya polisi dekabrın 13-də məlumat verib ki, son günlər paytaxt Moskvada baş verən façist çıxıları nəticəsində Qafqaz və Mərkəzi Asiyadan olan miqrant işçilərə hücumlar artıb. Ultra millətçi gənclər Qırğızıstandan olan 37 yaşlı kişini bıçaqlayıb öldürüblər. bir neçə azərbaycanlını isə güllə və bıçaqla yaralayıblar.

Şənbə günü Kremlin lap yaxınlığında 5000 nəfərə yaxın futbol fanatı və ultra millətçi gənc faşist şüarları səsləndirib, polislə qarşıdurma yaradıblar. Polisin məlumatına görə həmin hadisədə və ondan sonra Moskvanın müxtəlif istiqamətlərində baş verən toqquşmalarda iki nəfər həlak olub, 30-dan çox adam yaralanıb. Polis 60-a yaxın gənci həbs edib.

Rusiya prezidenti Dmitri Medvedev xəbərdarlıq edib ki, bu hadisələri törədənlər ciddi cəzalandırlacaq.

Prezidentin bu barədə xəbərdarlığı onun Twitter şəbəkəsindəki səhifəsində yayılıb.
Medvedev həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə polisə belə hadisələrin qarşısını almaq üçün bütün qanuni vasitələrdən istifadə etməyi tapşırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG