Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:31

Quantanamoda saxlanılan azərbaycanlının hansı ölkədə sığınacaq aldığı məlum olub


Quantanamo həbsxanası
Quantanamo həbsxanası
Quantanamo həbsxanasında saxlanılan azərbaycanlı ölkəsinə qayıtmaqdan imtina edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova APA-nın sorğusuna cavabında bildirib ki, həmin şəxs üçüncü ölkəyə yerləşdirilib və onun vəziyyəti yaxşıdır.

APA-nın əldə etdiyi məlumata görə, Polad Siracov hazırda Slovakiyadadır.

Quantanamoda olan yeganə azərbaycanlı məhbus P.Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində iqtisad fakültəsini bitirib və bir müddət Rusiyada fəaliyyət göstərən türk şirkətində çalışıb. O, 2001-ci ilin əvvəlində evdən çıxıb və geri qayıtmayıb. 2002-ci ilin yanvarında ailəsinə onun “Taliban” üzvləri ilə birlikdə həbs olunaraq Quantanamo həbsxanasına aparıldığı barədə məlumat verilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Quantanamoda bir neçə dəfə Polad Siracovla görüşüblər.

ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının bağlanması barədə 2009-cu ildə sərəncam imzalayıb. Məlum sərəncamdan sonra həmin həbsxanada cəza çəkən məhkumların böyük əksəriyyəti azadlığa buraxılıb. P.Siracov da əfv olunan məhkumlar sırasındadır.
XS
SM
MD
LG