Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37

İsveç partlayış törədənin adını elan edib


İsveç prokurorluğu şənbə günü paytaxt Stokholmda baş vermiş maşın partlayışı törədənin kimliyini 98 faiz dəqiqliklə müəyyən etdiklərini bildirir. Prokurorun məlumatına görə maşında partlayışda həlak olan intiharçı İraqda doğilmuş 28 yaşlı İsveç vətəndaşı Taimour Abdulwahabdır. O, bir müddət Britaniyada yaşayıb və təhsil alıb.

Partlayan maşın Taimour Abdulwahabın adına qeydiyyatda olub. Amma polis hələlik maşında ölən adamın DNT testlərinin hazır olmadığını bildirir. Hüquq-mühafizə orqanları partlayışda başqa adamların da iştirak etdiyini guman edir.

İsveç rəsmiləri partlayışdan bir qədər əvvəl bir adamın İsveçi Əfqanıstanda müharibəyə qoşulmaqda ittiham edərək cihada çağıran e-mal yaydığını bildiriblər. Polis bu məktubu da maşında partlayan həmin adamın yaydığını düşünür.

İsveç rəsmiləri partlayışı terror aktı adlandırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG