Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:07

Gerard Depardieu Bakıda “Karmen”dən parçalar oxuyacaq


Tanınmış fransız aktyor Gerard Depardieu (Jerar Depardye) dünən axşam Bakıya dördgünlük səfərə gəlib. Səfərdə məqsəd Mstislav Rostropoviç adına IV Beynəlxalq Festivalda iştirak etmək, həmçinin Azərbaycanla tanış olmaqdır.

Bu gün Depardye Azərbaycan Dövlət Opera və Balet Teatrında Qalina Vişnevskayanın Vokal Mərkəzinin (Moskva) solistlərinin ifasında J.Bizenin “Karmen” operası başlamazdan əvvəl tamaşaçılar qarşısında çıxış edəcək.

O, Prosper Merimenin “Karmen” novellasından parçaları oxuyacaq.
XS
SM
MD
LG