Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 08:43

Fransada bağça uşaqları girov götürülüb


Fransanın şərqindəki Besancon şəhərində iki qılıncla silahlanmış 17 yaşlı gənc uşaq bağçasından 20-ə yaxın uşağı girov götürüb. Bu haqda şəhər meri Jean-Louis Fousseret France Info radiosuna müsahibəsində bildirib.

Hadisədən az sonra gənc 14 uşağı buraxıb. 5-6 uşaq hələ girovluqda qalır.

Hadisənin nə məqsədlə törədildiyi bilinmir. Medianın məlumatına görə həmin gənc depressiyadan əziyyət çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG