Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:30

“Radioquraşdırma” zavodunda yanğın baş verib


Dekabrın 13-ü saat 10 radələrində Bakının Xətai rayonunda yerləşən “Radioquraşdırma” zavodunda yanğın baş verib. Yanğın nəticəsində bir nəfər ölüb.
Bu barədə AzadlıqRadiosuna Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Növbətçi polisin dediyinə görə, elə də güclü olmayan yanğın tez də söndürülüb.

“Sexlərdən birində baş verən yanğın zamanı tüstüdən bir nəfər ölüb. Yanğın elə də güclü olmayıb”.

Yanğının nədən baş verdiyi və ölənin kimliyi barədə hələ ki məlumat açıqlanmır.
XS
SM
MD
LG