Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:47
Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə bu il Ermənistanda 8,1 faiz inflyasiya qeydə alınıb. Oktyabr ayı ilə müqayisədə 2010-cu ilin noyabrında istehlak bazarında 1,6 faiz inflyasiya müşahidə olunub.

Ermənistanın Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan izah edir ki, bu, istehlak səbətinə daxil olan məhsullarının qiymətinin 8,1 faiz artması deməkdir ki, öz-özlüyündə normal hal deyil. Onun proqnozuna görə, inflyasiya ilin sonuna qədə 10 faiz təşkil etməlidir.

“Bu, Ermənistan üçün görünməmiş yüksək rəqəmdir”.

YERLİ MƏHSULLAR NİYƏ BAHALAŞIR?

İki ay ərzində Ermənistanda pendir 30 faiz bahalaşıb. İqtisadçılar inflyasiyanı iqtisadi böhranla əlaqələndirir. Ermənistan parlamentinin deputatı Arçvik Minasyan hesab edir ki, il ərzində qiymətlər qeyri-sabit olaraq artıb-azala bilər.

“İl ərzində inflyasiya böyük ölçülərə çata bilər. Amma Mərkəzi Bank və hökumət bunu heç cür tənzimləməyə bilməz”.
Artsvik Minasian


Əgər idxal olunan məhsulların qiymət artımına səbəb böhran və xarici amillərdirsə, bəs yerli məhsullar niyə bahalaşır? Mütəxəssis və vətəndaşlar deyir ki, yerli istehsalçılar vəziyyətdən istifadə edərək qiymətləri əsassız olaraq artırmaq istəyir.

Deputat Arçvik Minasyanın isə başqa izahı var.

“Hər şeydən əvvəl iki səbəb var. Birincisi, əldə edilən xammal sonradan yerli istehsalçının məhsuluna çevrilir, bununla da yerli məhsulların bahalaşmasına səbəb olur. İkincisi, yerli məhsul istehsalı üçün vergi, rüsum, məcburi ödənişlər həddən artıq yüksəkdir”.

İNHİSARÇILIQ BAHALAŞMAYA TƏSİR EDİR

Mərkəzi Bankın keçmiş sədri izah edir ki, inflyasiyanı tənzimləyən Mərkəzi Bankdır. Baqrat Asatryan qeyd edir ki, pul kütləsini azaldıb, milli valyuta - dramın möhkəmlətmək çətin və xərcli variantdır. Və bu yolla uzağa getmək olmaz. Qiymət artımına kölgə iqtisadiyyatı və inhisarçılıq daha çox təsir göstərir.

“Mən inhirsarçı-korrupsioner sistemi qeyd edərdim, bunun həm iqtisadi, həm də siyasi tərkibi var. Korrupsiya - pul dövriyyəsində kölgə iqtisadiyyatının mövcudluğuna işarədir. Məsələn “oliqarx” sözünün konkret mənası var. Təsərrüfat subyekti iqtisadiyyatla məşğul olmalıdır, siyasi səhnədən çıxarılmalıdır. Məmur, nazir bizneslə deyil öz vəzifə borcları kilə məşğul olmalıdırlar”.

Milli Statistika Xidmətinin məlumatına görə, noyabrda oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarının qiyməti 0.5 faiz, xidmət sahəsində tariflər isə 0.3 faiz artıb. Belə görünür ki, daha çox tələb olunan qida məhsullarının qiyməti bahalaşır, xidmətin qiyməti isə qismən azalır.

Bagrat Asatrian
BİZDƏ HƏR ŞEY TƏRSİNƏ BAŞ VERİR

Mərkəzi Bankın keçmiş sədrinin sözlərinə görə, MDB ölkələri arasında Ermənistan inflyasiyanın səviyyəsinə görə qabaqcıl yerdədir. Belə ki, inhisarlaşmış iqtisadiyyat şəraitində rəqabət yoxdur, istənilən inhisarçı qiymət diktə edir, dövlət isə ya inhisarçılardan biridir, ya da onu himayə edir deyə mübarizə aparmır.

“Bizdə hər şey tərsinə baş verir. Tələbat artdıqca qiymət düşməli deyilmi? Bizdə isə tərsinədir. Bizdə daha çox tərəvəz və meyvə bahalaşıb, bunlar isə erməni ailəsinin əsas qida elementidir”.

Dükandan çıxan vətəndaşlara belə bir sualla müraciət etdik ki, ərzaq məhsullarının bahalaşmasını hiss ediblərmi? Cavabları belə oldu:

- Əlbəttə hiss edirik, bu çox pisdir. əsasən qida məhsulları bahalaşıb, pendir, çörək, düyü.

- Hər gün ərzağa nə qədər pul sərf edirsiz? – Orta hesabla gündə 7 min dram – 15 avro

- Biz təqaüdçüyük. Təbii ki, bizə təsir edir. Nə pensiya alırıq ki? Yağın qiyməti artıb, pendir...hamısı.

- Pendir yağ qiymətinə satılır. Daha çox ət almağa üstünlük veririk, onun qidalılığı daha yüksəkdir. Mən bazara gedirəm, ordan alış-veriş edirəm ki, ucuz başa gəlsin.

Mərkəzi Bankın hazırkı sədri Artur Cavadyanın proqnozlarına görə, 2011-ci ildə Ermənistanda inflyasiya planlaşdırılan 4-5 faiz civarında olacaq. Qeyd edək ki, ötən il büdcə müzakirə olunan zaman maliyyə naziri 2010-cu ildə inflyasiyanın 4 faiz təşkil edəcəyini deyirdi, hazırda isə bu göstərici 2 dəfə artıqdır.

Şərhləri göstər

XS
SM
MD
LG