Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:36

Stereotipləri dağıdan diletantlar


Michael Milken
Michael Milken
“Forbes” jurnalı axırıncı sayında stereotipləri dağıdan, bacarıqlı, işbilən diletantlardan yazır.

HƏM ÖZÜNÜ, HƏM ÖZGƏLƏRİ QURTARAN MİLKEN

1993-cü ilin əvvəlinə qədər Michael Milkenin onkologiya haqda çox az anlayışı vardı. Multimilyonçu, zibil istiqrazlarının kralı, hə bir də “Morqanın zamanından maliyyə dünyasının ən nüfuzlu adamı” ikiillik həbsdən yenicə çıxmışdı, reketlikdə və qiymətli kağızlarla bağlı fırıldaqda ittiham olunmuşdu.

Azadlığa buraxıldıqdan sonra bir neçə gün sonra məlum olur ki, xəstəliyinin adı prostat xərçəngidir. Xəstəlik dərinləşmişdi, odur ki, həkimlər ona uzağı iki il vaxt qoymuşdular.

Dəhşətli xəbərdir. Amma Milken üçün yox. O, ən yaxşı həkimlərə pul verdi ki, onu sağaltsınlar, eləcə də The Prostate Cancer Foundation (PCF)– xeyriyyə təşkilatını yaratdı, qurum prostat xərçənginin təbiətini və sağalma yollarını araşdırırdı.
Bu xəstəliyə hər altı yaşlı kişidən birində rastlanır. PCF-nin on illik çalışmaları sayəsində Amerikada prostat xərçəngindən ölənlərin sayı 25 faizə qədər azaldı.
Milken maliyyəçi yox, tutaq ki, varlı onkoloq-həkim olsaydı, bəlkə də səhiyyə bu sahədə belə sıçrayış etməzdi. Mütəxəssis kimi o biləcəkdi ki, xərçəngin müalicəsi nə qədər ağırdır, araşdırmaların maliyyələşməsi, yeni metodların tətbiqi nə qədər çətindir və səhiyyə aləmində informasiyaların mübadiləsi nə qədər yavaş və effektsiz gedir. Bunları bilən hər hansı adamın əli-qolu yanına düşərdi. Amma Milken bu sadalananlardan xəbərsizdi və diletantdır, sadəcə, şiddətli məqsədinə çatmaq istəyirdi.

YAXŞIYA QANE OLMAYANLAR
Richard Branson


Diletantlar çox zaman uğur qazanırlar. Deyəsən, ən diletant iş adamısa Richard Brensondur. “Virgin” aviaşirkətini yaradanda o hava nəqliyyatından heç nə anlamırdı, onu sadəcə, British Airwaysin xidməti qane etmirdi və o inanırdı ki, servisi daha da yaxşılaşdırmaq olar.

2002-ci ildəsə alman hüquqşünas Bertold Flik Latviya aviaşirkətinin başına gəldi, AirBaltic böhran içindəydi, Şərqi Avropaya aviadaşımalarla məşğul olan bu şirkəti onlarla başqalarından çox az şey fərqləndirirdi.

Səhmdarlar niyə məhz onu -hüquqşünası seçdilər, nəqliyyatçını yox? “O stereotiplərdən imtinanı bacarardı” – qərarda iştirak edənlərdən biri belə deyir. Stereotiplərdən azad Flik AirBaltici karlı və uğurlu şirkətə çevirdi, səkkiz ildə onun satışları on dəfə artıb; daşımaların sayı isə böhran həddə çatıb.

“DÖYÜŞKƏN DİLETANTİZM”

Rusiyada populyar “Aymobilko” internet-mağazasının yaradıcıları Nikolay və Sergey Belousov qardaşları da deyilənlərə görə, şəbəkədə kitab və musiqi satışının nə qədər ağır olduğunu başa düşsəydilər, bu layihəyə qol qoymazlar. Qardaşlardan biri deyir ki, onlara “təmiz, döyüşkən dilentantizm və öz güclərinə inam” yardım edib. Başlıcasısa bu inamı qorumaq istedadıdır.

Milkenin Fondu uğurlu işini bu günədək davam etdirir, 2009-cu ildə cəlb olunmuş vəsaitin həcmi 380 milyona çatıb, 1500 layihə ondan qrant alıb.

Milken əmin və məqsədyönlü biridir. Görünür, başı çıxmadığı sahədə durumu düzəltməyə girişən əsl sahibkar da məhz belə olmalıdır.

Tərcümə etdi: Şahnaz Bəylərqızı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG