Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:36

ABŞ-ın İrana yeni sanksiya planları


Prezident Obamanın nüvə texnologiyası üzrə məsləhətçisi cümə günü bildirib ki, ABŞ və onun müttəfiqləri İrana yeni sanksiyalar planlaşdırıblar. Məsləhətçi Gary Samore bunu İran rəsmiləri ilə üç gün davam edən və nəticəsiz qalan danışıqlardan sonra bildirib.

Ağ Ev təmsilçiləri deyirlər ki, onlar iqtisadi təzyiqləri artırmaqla ümid edirlər ki, qiymətlərin qalxması İran rəhbərliyini danışıqları uzatmağa vadar edəcək. Amma bu olmaya da bilər, çünki bəziləri hesab edir ki, İran danışıqlardan çıxmasına işarə edib.

Bu həftənin əvvəli Cenevrədə keçirilən danışıqlar ümid verir ki, görüşlər daha çox olsun və ehtimal ki, Türkiyədə keçirilsin.

Cənab Samore deyir, İran ola bilsin ki, BMT-nin Təhlükəsiz Şurasının üzvləri və Almaniya ilə danışıqları təzələsin: “Çünki o güman edir ki, danışıqlarda manipulyasiya etməklə sanksiyaları zəiflədə bilər”.

“BU HİYLƏ İŞLƏMƏYƏCƏK”

Cənab Samore bunu Cümə günü Demokratiyanı Müdafiə Təşkilatında keçirilən konfransındakı nitqində bildirib. “Cenevrə danışıqlarının ardınca biz və müttəfiqlərimiz İrana təzyiqləri saxlamağı, hətta artırmağı qərara alırıq. Biz İrana bu mesaj göndərməyi vacib sayırıq ki, əgər onlar danışıqlardan boyun qaçırsalar, təzyiqlər yalnız artacaq və bizim narahatçılığımız qalana qədər qüvvəsini saxlayacaq”.

Cənab Samore nəzərdən keçirilən sanksiyalarla bağlı detallı danışmayıb.

Vaşinqtonun seçimi məhdudlaşdırılır. Bir çox Avropa xalqları çoxlarının rejimə zərbə vurmağına inandığı bir addımı dəstəkləməkdə həvəssizdirlər.

Ağ Ev İrana təmizlənən neftin çatdırılmasına məhdudiyyət qoymağa həvəssizdir, ehtiyat edir ki, Qərbdə benzin çatışmazlığı İran vətəndaşlarını onların hökumətindən daha çox qəzəbləndirər.

ABŞ İRANIN NÜVƏ PLANI İLƏ BAĞLI “AĞRI NÖQTƏLƏRİNİ” TESTDƏN KEÇİRİR

BMT-nin Təhlükəsizlik Şurasının bu yay tətbiq etdiyi və Birləşmiş Ştatlar, bəzi Avropa dövlətləri, Yaponiya və Avstraliyanın “naxış” vurduğu hazırkı sanksiyalar İran biznesmenləri və hökumətə bank əməliyyatları aparmağa, gəmiçilik xəttində sığorta əldə etməyə və bəzi Avropa aeroportlarında avialaynerlərə yanacaq doldurmağa getdikcə maneələr yaradır.

Amma bu sanksiyalar hələ İranı Təhlükəsizlik Şurasının uranın zənginləşdirilməsini dayandırması tələbini yerinə yetirməyə inandırmalıdır.

Сənab Samore vəziyyətin dəyişəcəyi ilə bağlı optimistliyini ifadə edir: “Fikirləşirəm ki, İran xərclər-gəlirlərdən asılılığının analizini aparacaq. Əgər xərclər və risklər kifayət qədər yüksək olarsa, onlar da layihəni dayandıracaqlar”.

Bəzi İran ekspertləri isə İran rəhbərliyinin təzyiqlər altında təslim olacağı ehtimalı ilə razılaşmayıblar.

Cənab Samore hesab edir ki, İran nüvə silahı əldə edərsə, bu, Orta Şərqdə genişlənə və dünyanın nüvə ehtiyatlarını azaltmaq üçün Barak Obamanın göstərdiyi səyləri dağıda bilər.

Mənbə: Reuters
Tərcümə etdi: Səadət Akifqızı
XS
SM
MD
LG