Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:43

Hava əməliyyatı nəticəsində 25 yaraqlı öldürülüb


Əfqanıstanın şərqində keçirilmiş əməliyyat zamanı azı 25 yaraqlı öldürülüb.

Məlumatlara görə Kunar əyalərində talibançılarla ağır döyüşə girən koalisiya qüvvələri aviasiyanı köməyə çağırıblar.

Kunar əyaləti Pakistan sərhəddinin yaxınlığında yerləşir.
Şənbə günü isə Paktiya əyalətində yüzlərlə yerli sakin Amerika əleyhinə aksiya keçiriblər.

Onlar yerli mühavizə şirkətlərindən birinin 7 əməkdaşının koalisiya qüvvələri ilə atışmada ölümünə etiraz bildiriblər.

NATO komandanlığı hazırda hadisənin araşdırıldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG