Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:59

Rusiya Qarabağ məsələsində səylərini artıracaq


Azərbaycan və Rusiya prezidentlərin son görüşü iki ölkə arasında əlaqələrin inkişafına daha da təkan verəcək.

Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və bu istiqamətdə görülən işlər də müzakirə olunub.

APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Səfir Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyinin tərəflərə aydın olduğunu və ölkəsinin münaqişənin ədalətli həlli istiqamətində addımlar atdığını vurğulayıb.

O, sonda qeyd edib ki, Rusiya Azərbaycana münaqişəsinin həlli istiqamətində səylərin artırılacağını söz verib.
XS
SM
MD
LG