Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

Stokholmda 2 partlayış törədilib


Şənbə günü İsveçin paytaxtı Stokholmda terror aktları törədilib.

İntiharçıdan başqa ölən olmayıb.

Dünən axşam şəhərin gur ticarət küçələrindən birində minalanmış maşının partladılması nəticəsində 2 nəfər yaralanıb.

Bir neçə dəqiqədən sonra isə yaxınlıqda ikinci partlayış baş verib və nəticədə 1 nəfər ölüb.

Kütləvi informasiya vasitələri onun intiharçının özü olduğu və cəsədindən partlayıcı tapıldığını xəbər verirlər.

Amma polis hələlik bunu tam təsdiqləyə bilmir.

Yerli TT agentliyi elektron poçtla hədəylə bağlı məktub aldığını bildirir.

Məktubda İsveçin Əfqanıstanda hərbi iştirakı və karikaturçu Lars Vilksin Məhəmməd peyğəmbərin karikaturlarını çəkməsinə görə qisas alınacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG