Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:10

Türkmənistanla Hindistanı birləşdirəcək kəmərin tikintisi barədə razılaşma imzalanıb


Bu gün Aşqabadda Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistanı birləşdirəcək qaz kəmərinin tikintisi barədə razılaşma imzalanıb.

İmza mərasimdə Türkmənistan, Əfqanıstan və Pakistanı prezidentlər, Hindistanı isə Energetika Naziri təmsil edib.

Layihə 1995-ci ildən ortaya qoyulsa da Hindistan ona 2008-ci ildə qoşulub.

Uzunluğu 1700 kilometr olan kəmər 7,6 milyard dollara başa gələcək.
lıq layihə imzalayacaqları gözlənilir.

Kəmərlə il ərzində 30 milyard kub metrdən artıq qaz ötürülməsi nəzərə tutulur.

Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistanı birləşdirəcək kəmərin tikintisini 2014-cü ildə başa çatdırmaq nəzərdə tutulub.

Amma analitiklər hesab edir ki, Əfqanıstandakı qeyri-sabitlik vaxtı uzada bilər.
Türkmənistan qaz ehtiyatına görə dünyada 4-cü yerdədir.
XS
SM
MD
LG