Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:06

«Azərbaycan güc tətbiq etsə, Ermənistan Dağlıq Qarabağı tanıyacaq»


Serj Sarkisyan

Serj Sarkisyan

«Azərbaycan münaqişənin həllində güc tətbiq etsə, Ermənistan Dağlıq Qarabağı müstəqil ölkə kimi tanıyacaq».

Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən sammitindən sonra belə deyib.

Sarkisyan bildirib ki, onun ölkəsi münaqişənin hərbi yolla həllinin qəti əleyhinədir:

«Ermənistan problemin hərbi yolla həlinin qəti əleyhinədir. Azərbaycan yeni hərbi əməliyyatlara cürət edərsə, Ermənistanın de-yure Dağlıq Qarabağ Respublikasını tanımaqdan və bütün vasitələrlə əhalinin təhlükəsizliyini təmin etməkdən başqa seçimi olmayacaq».

Ermənistan parlamentindəki müxalif qüvvələr Dağlıq Qarabağın tanınmasında təkid etsələr də, hakim partiya hələlik bunun vaxtının yetişmədiyini deyir.

Separatçı Dağlıq Qarabağ Respublikasını heç bir dünya dövləti tanımır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG