Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:47

Qazaxıstan qanunsuz balıq ovlayan Azərbaycan vətəndaşlarını saxlayıb


Xəzərin Qazaxıstana aid hissəsində qanunsuz balıq ovlayan 9 Azərbaycan vətəndaşı saxlanıb.

Bu barədə APA agentliyi Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir.

Nazirlik reyd zamanı göyərtəsində 9 nəfər Azərbaycan vətəndaşı olan “PTS 102” gəmisinin saxlanması barədə məlumat yayıb.

Axtarış zamanı 164 nərə balığı, 14 yeşik kilkə və qadağan olunmuş ov alətləri aşkar edilib.

Gəmi Manqistau vilayətinin Kurık qəsəbəsinə gətirilib.
Faktla bağlı araşdırma gedir.
XS
SM
MD
LG