Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:39
«ATƏT-in Astana sammitində müəyyən söhbətlər oldu, əhəmiyyətli bəyanatlar verildi, bu bəyanatlar bundan əvvəl də səsləndirilib. Lakin bizə bəyanatlar yox, torpaqlarımızın azad olunması lazımdır».

Bu açıqlamanı jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Milli Məclisin deputatı Əli Əhmədov verib.

Ə.Əhmədov bildirib ki, torpaqların azad olunması üçün beynəlxalq ictimaiyyətin və təşkilatların, ilk növbədə isə ATƏT-in Minsk Qrupunun çox təsirli və kəsərli sözləri, o cümlədən addımları əhəmiyyətlidir:

«Müxtəlif sammitlər və qərarlar ola bilər. Amma Azərbaycan üçün o qərar məqbul olacaq ki, münaqişənin nizama salınması prosesi reallığa çevrilsin. Bu danışıqlar nəticə etibarı ilə həllini tapmırsa, deməli həlledici əhəmiyyət kəsb etmir. Qərarın əhəmiyyəti o zaman olar ki, ərazilər azad olunsun və qaçqınlar geri qayıtsınlar».

Ə.Əhmədov deyib ki, Azərbaycan vətəndaşları sülh danışıqlarının uzadılmasından əziyyət çəkir:

«Azərbaycan vətəndaşı ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır. Prezident İlham Əliyev də bəyan edib ki, sülh danışıqları lazımı nəticə verməyəcəksə, Azərbaycan xalqı torpaqlarını geri qaytarmaq hüququnu özündə saxlayır. Bu iradəni ifadə edən prezident olacaq. Azərbaycan münaqişənin dinc yolla, qan tökülmədən həll olunması tərəfdarıdır. Belə olmasaydı, Azərbaycan yenidən danışıqlar prosesində iştirak etməzdi. Danışıqlar nəticə verməzsə, biz lazımı addımları atmaq zorunda qalacağıq». / APA /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG