Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:38

Qlobal istiləşməyə qarşı hərəkət planı qəbul edilib


İqlim dəyişikliyi ilə bağlı Meksikanın Kankun şəhərində keçirilən beynəlxalq konfransda qobal istiləşməyə qarşı hərəkət planı qəbul edilib.

Planda yoxsul ölkələrə yardım və ətraf mühitin müdafiəsi məqsədi ilə forumda iştirak edən ölkələrin 2020-ci ilədək 100 milyard dollar toplaması nəzərdə tutulur.

Meksikanın xarici işlər naziri Patrisiya Espinosa iqlimin qorunması sahəsində beynəlxalq əməkdaşlıqda yeni era açıldığını bildirib.

Razılaşma iki həftəlik müzakirələrdən sonra əldə olunub.
BMT-nin təşkil etdiyi forumda 200-ə yaxın dövlət iştirak edib.
XS
SM
MD
LG