Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:28

İrana qarşı yeni sanksiyalar tətbiq oluna bilər


Tehran istəyir ki, BMT iranlı nüvə alimi Məcid Şəhriarınin qətlini rəsmi ittiham eləsin.

O, ötən ay Tehranda partlayış nəticəsində ölüb.

Digər alim Firudin Abbasi isə başqa bir hücum nəticəsində yaralanıb.

İranın BMT-ki nümayəndəsi Məhəmməd Xazai bildirib ki, bu terror aktları ölkənin dinc nüvə proqramının inkişafına qarşı yönəlib.

İran hesab edir ki, bu hücumların arxasında İsrail və qərb dövlətləri durur.

BMT-nin təhlükəsizlik şurasının bir sıra üzvləri isə bu arada İranı ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozmaqda günahlandırırlar.

Söhbət silah alverindən gedir.

Ağ evin müşaviri Heri Seymor bildirib ki, İranın nüvə silahına cəhd göstərməsindən şübhələnən Vaşinqton və onun müttəfiqləri yaxn vaxtlarda Tehrana qarşı yeni sanksiyalar tətbiq etmək istəyirlər.
XS
SM
MD
LG