Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:57

Moldovada səsləri təzədən sayacaqlar


Moldova Konstitusiya Məhkəməsi noyabrın 18-də keçirilmiş parlament seçkisinin nəticələrinin yenidən sayılmasına qərar verib. Məhkəmə dekabrın 10-da Kommunist Partiyasının müraciət əsasında bu qərarı verib.

Bu seçkidə kommunistlər başqa partiyalardan daha çox səs alsalar da bu, parlamentdə prezidenti seçməyə onlara bəs etmir. Amma partiya səslərin düzgün sayılmamasından şikayət edir.

Kommunist partiyasının lideri, keçmiş prezident Vladimir Voronin seçkidə ciddi qanun pozuntuları olduğunu iddia edib. Amma yerli və beynəlxalq müşahidəçilər bu seçkini azad və ədalətli adlandırıblar.

Seçkinin rəsmi nəticələrinə görə kommunistlər 42 mandat qazanıblar. Üç partiyanın birləşdiyi Avropa yönümlü alyans isə 59 mandat alıb. Amma prezidentin parlamentdə seçilməsi üçün 61 deputatın səsi lazımdır.

Konstitusiya Məhkəməsinin bugünkü qərarı ilə Mərkəzi Seçki Komissiyası bülletenləri yeddi gün ərzində yenidən saymalıdır.

Son bir ildə Voronin hakimiyyətdən getməsindən bu yana Moldovada bir neçə dəfə parlament seçkiləri keçirilsə də siyasi qüvvələrdən heç biri prezidenti seçəcək qədər səs çoxluğuna sahib ola bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG